A–
Bakı, 19 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində bir qrup məktəbli qədim Qala qəsəbəsinin tarixi, mədəni abidələri ilə tanış olub.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məktəblilər, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Qalada təşkil olunmuş müasir “Tullantıdan Sənətə” muzeyində də olublar. Burada gənclər xarici və yerli sənətkarların tullantı materiallarından hazırladıqları sənət əsərlərinə baxıblar. Muzeydəki sənət əsərlərini maraqla izləyən məktəblilər gələcəkdə bu layihədə iştirak etmək istədiklərini bildiriblər.
“Ölkəmizi tanıyaq” layihəsi Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Maarifləndirici tur-aksiyada 67 rayon və şəhərdən olan 14 minə yaxın məktəbli iştirak edir.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları “Tullantıdan Sənətə” muzeyində olublar