A–
Tokio, 19 mart, AZƏRTAC
Yaponiyanın özünümüdafiə qüvvələrinin şəxsi heyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən ballistik raketlərin buraxılışı ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Xəbər verdiyimiz kimi, martın 18-də KXDR fəzaya iki ballistik raket buraxıb. Bu, bir həftə əvvəl Pxenyan tərəfindən Yapon dənizi istiqamətində raket buraxılışından sonra təkrar baş verib.
Həmin gün axşam “RAC-3” yer-hava tipli raketlərin yükləndiyi daşıyıcı vasitələr Tokioda Müdafiə Nazirliyinin yaxınlığında yerləşdiriliblər.
Yaponiya ətrafındakı dəniz sularını isə raket daşıyan esmineslər qoruyacaq. Bu gəmilər atəşə intensiv nəzarət mexanizminə malik “Aegis” sisteminə və yüksək texnologiyalı radar qurğulara malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiyanın özünümüdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib