Bakı, 19 fevral, AzərTAc
“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir. Tender poliqrafiya xidməti, məhsulun çapından sonra vaxtında ünvana çatdırılması və reklam konstruksiyalarının hazırlanması, montajı, təmiri üzrə həyata keçirilir.
Bankdan AzərTAc-a bildiriblər ki, tenderdə iştirak etmək istəyən vətəndaşlar sənədləri martın 16–sı saat 18:00-a qədər poçt vasitəsi ilə və ya şəxsən bankın baş ofisinə (Qarabağ küçəsi, 31) təqdim etməlidirlər.
Tender təklifi - iki nüsxədə (əsli və surəti) və tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə olmalıdır.
Tender iştirak formasını www.demirbank.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, iştirakçıların tender zərfləri “DəmirBank” ın baş ofisində martın 16-sı saat 10:00-da açılacaq.
İştirakçının tender təklifi tender zərflərinin açıldığı gündən ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.
Təkliflərin qiymətləndirilməsində isə aşağı qiymət, yüksək keyfiyyət, məhsulların vaxtında çatdırılması, xidmətlərin yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək.
Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan dilində həyata keçiriləcək.
Ətraflı məlumatı 012 444 71 71 (daxili 573) / 012 444 71 71 (daxili 581) nömrələrindən əldə etmək olar.