"Space" telekanalının "Hər səhər" verilişi növbəti buraxılışını əməkdar artist Mətanət İsgəndərliyə həsr edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin çal-çağırlı keçən yaradıcılıq günündə bəstəkar Nailə Mirməmmədli, xalq artistləri Mənsum İbrahimov, Gülyanaq Məmmədova, əməkdar artistlər Gövhər Həsənzadə, meyxanaçı Kərim, aktrisa Hüsniyyə Mürvətova, sənətçilər Rüfət Axundov, Elxan Şirinov, Səyyad Əlizadə, Rəşad İlyasov, Vasif Məhərrəmli, Samir Piriyev və başqaları iştirak ediblər.
Sənətçi dostları M.İsgəndərliyə hədiyyələr verib, uğurlar diləyiblər.
Çəkiliş zamanı M.İsgəndərlinin bacısı Sədaqət İsgəndərli səhnəyə çıxaraq, mahnı səsləndirib.
Milli.Az










