Martın 28-də Buzovna qəsəbəsi R. Axundov adına Mədəniyyət evində Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış aktyor, xalq artisti Sidqi Ruhullanın anadan olmasının 130 illik yubileyi münasibəti ilə "Səhnəmizin Qacarı" adlı ədəbi-bədii musiqili gecə keçirilib.

Milli.Az bildirir ki, Sidqi Ruhullanın səhnə fəaliyyəti haqqında fotoşəkillərdən ibarət videoçarx qonaqlara nümayiş olunub.

Tədbirdə Sidqi Ruhullanın ailəsi adından iştirak edən qohumu Dürdanə xanım, mədəniyyət evinin direktoru Nursevər Yəhyazadə, C.Cabbarlı adına Azərbaycan Dovlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, şairə-publisist Gülarə Munis, Buzovna kəndinin axundu Hacı Soltan Hüseynqulu oğlu, Akademik Milli Dram Teatrının aktyorları əməkdar artistlər Mirzə Ağabəyli, Çingiz Ələsgər, bədii qiraətçi Əlinur və kənd sakinləri tanınmış aktyor haqqında bildiklərini və xatirələrərini bölüşüblər.

Mədəniyyət evinin "Səda" instrumental ansanblının ifasında musiqi nömrələri təqdim olunub.

Milli.Az

Xalq artisti Sidqi Ruhullanın 130 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTO