Aprelin 25-də toyu olacaq müğənni Elçin Cəfərov xanımı üçün mahnı hazırlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında "Gələcək həyat yoldaşın üçün özəl mahnı yazmısan" sualına belə cavab verib:
"Vaxt elə gəlib keçir ki, çatdırmaq olmur. Amma bir şey hazırlamışam. Maraqlı bir iş ortaya çıxacaq. Həm iş, həm də şəxsi həyatla bağlıdır. "Love story" hazırlamışıq. Nağıl kimi bir işdir".
Qeyd edək ki, E.Cəfərov keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə qurur. Cütlüyün toyu "Park Meridian"da baş tutacaq.
Milli.Az