A–
Tokio, 30 mart, AZƏRTAC
Yaponia hökuməti Tokio yaxınlığında baş verəcək zəlzələ zamanı nəzərdə tutulan tədbirlərlə bağlı planı təqdim edib.
Tokioda əlaqədar idarələrin nümayəndələrinin iştirakı ilə belə bir zəlzələ baş verəcəyi təqdirdə xilasetmə işlərinin təşkili və zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlərin yekun variantının müzakirəsinə həsr olunan toplantı keçirilib .
Plana əsasən, xilasetmə işlərinə Tokiodan və ətraf prefekturalardan 210 min polis və yanğınsöndürmə xidmətinin əməkdaşı cəlb ediləcək.
Sənəddə 140 min əməkdaşın Hokkaydo, Kyuşu və Sikoku kimi zəlzələnin ziyan vurmadığı ərazilərə göndərilməsi nəzərdə tutulur.
Planda hökumətə zəlzələ baş verəcəyi andan sonra 3 gün ərzində əhalini ilkin tələbat malları, o cümlədən su və ərzaqla təmin etmək üçün müvafiq ehtiyatın yaradılması da tövsiyə olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiya hökuməti Tokio yaxınlığında zəlzələ zamanı tədbirlər planını başa çatdırıb