A–
Səmərqənd, 30 mart, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Səmərqənd şəhərindəki Puşkin adına vilayət mərkəzi kitabxanasına və Səmərqənd Dövlət Universitetinin kitabxanasına ölkəmiz haqqında kitablar hədiyyə edilib.
Kitablar arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, həmçinin Azərbaycanın tarixi, iqtisadiyyatı, turizm potensialı, ədəbiyyatı, mədəniyyəti, dövlətçilik ənənələri ilə bağlı bukletlər hədiyyə olunub.
Kitabları AMM-in direktoru Samir Abbasov və Səmərqənd vilayəti üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Adilağa Mirzəyev təqdim ediblər. Onlar kitabxanaların rəhbərliyi ilə görüş keçirib, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Samir Abbasov bildirib ki, hazırda Daşkənd İslam Universiteti və paytaxtdakı Beynəlxalq Westminister Universiteti üçün üçün Azərbaycana dair kitab kolleksiyası hazırlanır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd
AZERTAG.AZ :Səmərqənd şəhərinin kitabxanalarına Azərbaycan haqqında kitablar verilib