Azərbaycanda üç nəfərin öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO

Azərbaycanda üç nəfərin öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO
10:27 2 Yanvar 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

Minik avtomobili tanınmaz hala düşüb, 3 nəfər dünyasını dəyişib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ağır qəza Ələt-Astara magistralının Salyanın Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib. Salyan sakini, 25 yaşlı Orxan Nəzərov idarə etdiyi minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib və avtomobil yolun kənarına aşıb. Avtomobil bir neçə dəfə yuvarlanaraq tanınmaz hala düşüb.

Sürücü və həmyerlisi, 29 yaşlı Ramin Sadıqov hadisə yerində həlak olublar. Sərnişinlər - 28 yaşlı Ülvi Sadıqovİlkin İmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq İlkin İmanovun bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə normaldır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR