Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çəkilmiş görüntülərdə Aqbonlahorun Mika Riçadrsla birgə qəlyan çəkdiyi əksini tapıb. Artıq o, "Sanderlend"in aprelin 2-də "Çelsi" ilə keçirəcəyi oyunun iştirak ərizəsindən çıxarılıb. Klub 30 yaşlı forvarda qarşı araşdırmaların başladılldığını bildirib.
Roho ilə yığmaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində İngiltərədəki gecə klublarından birində görüntülənib. O, qadınların əhatəsində siqaret çəkib. Argentinalı müdafiəçinin davranışı "Mançester Yunayted"in baş məşqçisi Lui van Qalın narazılığı ilə qarşılanıb. Futbolçu klubu tərəfindən intizam sanksiyalarına məruz qala bilər.