Dincəlmək üçün Gürcüstanı seçən azərbaycanlıların sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb.
Gürcüstanın Turizm Agentliyinin rəhbəri Mixeil Çerkezişvili "Report"a bildirib ki, Gürcüstanda qiymətlər Avropa ölkələri ilə müqayisədə baha olsa da, bir sıra ölkələrdən ucuzdur: "Bu da onları qane edir. Xarici ölkə vətəndaşlarının Gürcüstana səfər etmələrinin bir səbəbi də bizim əlimizdə olanları, musiqimizi, rəqsimizi, mətbəximizi, şərabımızı düzgün təqdim etməyimizdə, restoran və otellərdə normal xidməti təşkil edə bilməyimizdədir. Ən əsası ölkəmizin turizm imkanlarının xaricdə düzgün şəkildə reklamının aparılmasıdır”.
Qeyd edək ki, 2015-ci ildə Gürcüstana rekord həddə - 5,8 milyon nəfər turist gəlib. Turizmdən ötən il 750 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. Gürcüstan hökuməti 2025-ci ilədək turizm gəlirlərini 2,3 milyard dollara qədər yüksəltmək niyyətindədir. Bunun üçün “Gürcüstan turizminin inkişaf strategiyası” proqramı hazırlanıb.