A+
A

Bakı, 2 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda prioritet sahibkarlıq sahəsində hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Zirə qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan istixana, zeytunçuluq və üzümçülük təsərrüfatlarının, həmçinin ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə aprelin 2-dən etibarən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

AZERTAG.AZ :Sahibkarlıq sahəsində investisiya layihələrinin qəbuluna başlanılır