A+
A–

Bakı, 2 aprel, Flora Şükürova, AZƏRTAC
Aprelin 2-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Samirə Hüseynovanın “Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə-satış sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki açılışda “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədli və sənətşünas Kübra Əliyeva çıxış edərək balaca rəssama uğurlar arzulayıblar.
Bildirilib ki, Samirə Hüseynova 2002-ci il mayın 4-də Mingəçevir şəhərində dünyaya gəlib. O, anadan osteoartroz, kantraktura, sağ aşağı ətrafda anamoliyası xəstəliyi ilə doğulub. Samirə ilk şəkilini 5 yaşında olarkən həkimi üçün çəkib, professional rəssamlığa isə 8 yaşında başlayıb. Bu günədək onun beş böyük sərgisi açılıb. Təşkil edilmiş bu sərgi xeyriyyə xarakteri daşıyır.
Əsərlərin satışından əldə olunacaq vəsait Samirə Hüseynovanın müalicəsinə sərf ediləcək.
AZERTAG.AZ :“Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə-satış sərgisi açılıb
“Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə-satış sərgisi açılıb
“Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə-satış sərgisi açılıb