A–
Bakı, 3 aprel, AZƏRTAC
Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Olav Quttinq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı açıqlamasında bildirib ki, Almaniya mülki vətəndaşlara qarşı istənilən hərbi təcavüzü pisləyir.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, almaniyalı deputat Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribatın və hücumların qəbuledilməz olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistanın bu hərəkətləri ATƏT-in Minsk qrupunun məqsədlərinə ziddir və təkcə beynəlxalq hüququ deyil, həmçinin xarici siyasətimizin mənəvi dəyərlərini də pozur.
AZERTAG.AZ :Olav Quttinq: Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribat qəbuledilməzdir