Cəbhə bölgəsində Azərbaycan ordusunun əldə etdiyi qələbələr bir daha sübut edir ki, Azərbaycan ordusu öz torpaqlarını ordumuzun gücü ilə heç kimin köməyi olmadan azad etmək imkanına malikdir. Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev bir daha dünya ictimayyətinə bildirdi ki, Azərbaycan bu konfiliktin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin belə vəziyyət uzun müddət davam edə bilməz.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı deyib.

"Artıq işğal olunmuş torpaqların boşaldılmasına başlamaq lazımdır"

Millət vəkilinin sözlərinə görə, hazırkı vəziyyətdə dünya ictimayyəti Ermənistanı zəbt etdiyi torpaqların qeyri-şərtsiz boşaltmasını tələb etməli, BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qalmamalıdır: "Avropa Şurası Parlament Assambleyasının sədri Pedra Aqramunt BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq erməniləri işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb. Ancaq bu çağrışlar yetərli deyil. Artıq dünyanın bütün aparıcı dövlətləri və beynəlxalq qurumları birmənalı şəkildə Ermənistanın işğalçı siyasətini pisləməlidirlər. Nəhayət, ATƏT-in Minsk qurupunun üzvü olan dövlətlər Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə məcbur etməlidirlər. Əsas məsələ Ermənistanın zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz geri çəkilməsidir. Ermənistan tərəfi son döyüşlərdəki məğlubiyyətlərindən nəticə çıxarmalıdır. Onlar artıq Azərbaycan ordusunun nəyə qadir olduğunu gördülər, artıq işğal olunmuş torpaqların boşaldılmasına başlamaq lazımdır. Beynəlxalq hüquq normaları da bunu tələb edir. Əks halda son günlər cəbhədə baş verən hadisələr tez-tez baş verəcək və konfiliktin həll olunması getdikcə uzanacaq".

R.Əliyev bir daha qeyd edib lazımdır ki, bu münaqişənin müharibə yolu ilə həll etməyə Azərbaycanın kifayət qədər gücü var və lazım gələrsə, o, bu gücündən istifadə edərək öz torpaqlarını azad edəcək.

İlkin İzzət
Milli.Az