Müğənni Ayan Babakişiyeva qızı Selena ilə fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, ifaçı övladı ilə bağlı təəssüratlarını bölüşüb:

“Mənim ürəyim, həyatım... Elə bilirəm ki, sən həmişə mənimlə olmusan. Necə olub ki, bu vaxta qədər sənsiz yaşaya bilmişəm? Qızım, Allah səni xoşbəxt etsin”.

Qeyd edək ki, martda sənətçinin qızının 1 yaşı olacaq.

“Bu vaxta qədər sənsiz yaşaya bilmişəm...”