"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, krallıq hökuməti vətəndaşlarını Türkiyənin Şırnak, Şanlıurfa, Qaziantep, Kilis, Hatay, Siirt, Tunceli və Hakkari şəhərələrinə də səyahət etməməyə çağırıb.
İngiltərə hökumətinin xəbərdarlığında bildirilib: "Kürdlərin, İŞİD-in və ifrat solyönlü terrorçu qrupların hücumları planlaşdırmaqdadır. Çox diqqətli olun".
Qeyd edək ki, ötən həftə ABŞ-ın Ankaradakı səfirliyi vətəndaşlarına Türkiyənin cənub-şərq hissəsində yerləşən 19 şəhərinə səfər etməməyi məsləhət görmüşdü.