Rusiya Cənub hərbi dairəsinin Dağıstanda yerləşən motoatıcı briqadaları həyəcan siqnalı ayağa qaldırılıb.

Milli.Az avropa.info-ya istinadən bildirir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat katibliyi xəbər yayıb. Manevrlərdə 1000 hərbçi, 300 hərbi texnika iştirak edib.

İdarənin bəyanatında deyilir ki, motoatıcı briqadalar şərti düşmənin hərbi texnika kolonunun hücumunun dəf edilməsi, müxtəlif həbi hissələrin döyüşdə qarşılıqlı əlaqəsi təlimlərini sınaqdan keçiriblər.

Təlim zamanı "Qrad", "Qərənfil", T-90A tanklarından atəş açılıb. Manevrlər 9 aprelədək davam edəcək.

Milli.Az