"Narimanfilm" kinostudiyası Azərbaycanı Giffoni-Gürcüstan Film Festivalında münsiflər heyəti qismində təmsil edəcək şagirdləri elan edir. Giffoni - Gürcüstan Film Festivalı bu il yay tətili günlərində, 23-26 iyun tarixlərində Tbilisidə baş tutacaq. Kinostudiya 13-17 yaş aralığında namizədlərdən 3 şagirdi seçmişdir.
Mehtiyev Rasim Mehman oğlu - 19.10.2000 13+
Zərifə Əlieyva adına "İstək" liseyinin 10-cu sinif şagirdi.
Dil bilgisi: Azərbaycan, Rus, İngilis.
Məmmədrzayeva Nilufər Pərviz qızı - 07.05.2000 16+
171 saylı məktəbin 9-cu sinif şağirdi.
Dil bilgisi: Azərbaycan, İngilis.
Nərimanova Röya Zahid qızı - 12.12.1998 16+
Bakı Slavyan Universitetinin nəznində məktəb - lisey kompleksinin 11-ci sinif şağirdi.
Dil bilgisi - Azərbaycan, ingili, rus, alman , türk.
Giffoni Beynəlxalq Film Festivalı artıq ikinci dəfədir ki, Gürcüstanda keçirilir. Bu il festival məktəblilərin yay tətili günlərində - 23-27 iyun aralığında baş tutacaqdır. Festival müddətində məktəblilər gürcüstanlı ailələrdə yerləşdiriləcəkdir. Məktəblilər festivalda təqdim olunan filmlərə baxaraq onları müzakirə edəcək və qalibləri müəyyənləşdircəklər. Bundan başqa, festival müddətində müxtəlif treninqlər və seminarlar təşkil olunacaqdır. Bu semainarlarda onlar peşəkar rejissorlar, aktyorlar, kino sahəsinin digər peşəkarları, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Daha ətraflı məlumat üçün: emin@narimanfilm.az
Festivalın facebook səhifəsi: https://www.facebook.com/GiffoniGeorgia
Əlaqə
"Narimanfilm" kinostudiyası
F. Qurbanov 13/5
Tel: + 994 12 491 63 79 / +99412 491 52 50
Mob: +99455 260 36 03
E-mail: emin@narimanfilm.az
https://www.youtube.com/watch?v=Suw1xozkAeI&feature=youtu.be&app=desktop
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
