Nizami Kino Mərkəzində aprelin 06-dan etibarən mütəmadi olaraq milli filmlərin pulsuz nümayişinə başlanıb.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, həftə ərzində tamaşaçılara rejissor Elxan Cəfərovun "Dolu", Ceyhun Mirzəyevin "Fəryad", Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmləri nümayiş olunacaq.

Nümayişlərin məqsədi tələbə və gənclərin yerli filmlərə marağının artırılması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.

Filmlərin seansları haqqında informasiyanı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənmək mümkündür.

https://www.facebook.com/NizamiCinema?rf=482176415135559

Milli.Az

Nizami Kino Mərkəzi milli filmlərin pulsuz nümayişinə başlayır - FOTO