“Bu şəhərdə” komandasının prodüseri Müşviq Abbasov cəbhə bölgəsinə yollanan və fotolarını sosial şəbəkədə paylaşan sənət adamlarını tənqid edib.
Axşam.az-ın məlumatına görə, prodüser onları özlərini reklam etməkdə günahlandırıb:
“Bu günlərdə bizləri bir çox həmvətənlərimiz, igidlərimiz, qəhrəmanlarımız ruhlandırdı. Yüz faiz qələbələrə əmin və zamin etdi. Amma fürsətdən istifadə edərək bəzi gədə-güdələr, alçaqlar, səviyyəsizlər (qeyd: müğənni, prodüser, jurnalist, siyasətçi, telekanal əməkdaşı və s.) özlərini reklam etməklə ifrat hissi oyatdı. Min şükür ki, kişilər “o” birilərdən çoxdur. Var ol Azərbaycan, var ol cənab Ali Baş Komandan, var ol cənab müdafiə naziri, var ol Azərbaycan zabiti və əsgəri”.
M.Abbasovun bu sözləri müğənni Xatirə İslamı özündən çıxarıb. İfaçı prodüserin bu ittihamlarına sərt cavab verib:
“Bu yazını gördüm və həyatı boyu inanmıram ki, bunu Müşviq yazıb. Başa düşmədim insanların şəhid evlərinə, yaralılara baş çəkməsi niyə Müşviqə pis təsir edib ki? Bəlkə bir az getməyə gecikib deyə, əsəbidir. Vallah, bilsəydim təklif edərdim birlikdə gedərdik. Ay Müşviq, sənət adamlarının oralara qədər gedib çıxması və bunun İnstaqrama verilməsi nə qədər oğullarımızda ruh yüksəkliyi yaratdı bilirsən? Bu paxıllığa son qoyun, bəsdirin. Bircə onu bilirəm ki, mən getdim və sonra bütün millət ayağa qalxdı. Bəli, kişilərimiz çoxdur, amma səni Tərtərdə görmədim. Gördüm, sən getmirsən, mən getdim də, bunun nəyi pisdir? Müğənniləri, prodüserlərti pisləmək sənə yaraşmaz. Əzizim, ssenarində bir dəfə müğənniləri parodiya etmə, onları ələ salıb xalqa güldürmə. Görüm onda zalı doldura bilirsən? Kişi nədir, qadın nədir? Bu nə cinsiyyət söhbətləridir edirsiniz? Yığışın gedin yas mərasimlərində iştirak edin. Artıq-əskik danışmayın, düşməni güldürməyin. Sözlərim xoşuna gəlməsə, yığarsan daha ətraflı başa salaram. Hörmətlə, Xatirədən “Bu şəhərdə” Müşviq Abbasova”.
Prodüser Tarix Əliyev də (Tolik) M.Abbasovun bu sözlərini qınayıb:
“Bunu Müşviq yazıbsa, məncə böyük səhv edib. Belə baxsan Müşviqdən çox əsgər yanına getmişik, yardımlar da etmişəm. Hələ bu günə qədər heç bir yardım kampaniyasında nə Müşviqi, nə də komandasını görmüşəm. Konsert verib, cibini doldurmaqla deyil, sən də belə yaxşı “kişisən”... Özün yazdığın kimi “o” dediklərin səndən yaxşı oldu getdi. Tərtər əsgərləri də onu səndən yaxşı qəbul etdi. Ən əsas da bunu etdi. Yaxşı ki, bunların yanında eyib işimiz yoxdur, özləri evdə oturub kişilikdən dəm vururlar. Edənləri də bəyənmirlər. Kişilikdən danışanlar, bəlkə əyninizə hərbi forma geyinib, könüllü gedəsiniz? Ali baş komandana yaltaqlanmaq lazim deyil. Onsuz da bəzilərinə ad verməyəcək. Bir də yadıma düşdü: kişiliyimə şübhəsi olanlar, hələ bəziləri kimi başqasının qarşısında təlxəklik etmirəm. Kişilik əməldə olmalıdır...”.
Qeyd edək ki, son günlər baş verənlərlə əlaqədar prodüser Tolik, müğənnilər Elton Hüseynəliyev, Xatirə İslam, Manaf Ağayev, Nadir Qafarzadə, Aysel Əlizadə, Sevil Səfərova, Zenfira İbrahimova, idmançı Kamil Zeynallı və başqaları əsgərlərə dəstək üçün cəbhə bölgəsinə yollanmışdı.
Xatirə və Tolikdən Müşviqə: "Evdə oturub kişilikdən dəm vururlar"
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Aktrisa evini 1,7 milyon dollara satdı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Tünzalə Ağayevanın duetindən rekord nəticə - 2 milyon oldu
12 Noyabr 2026
·
20:34
Nərmin “Atabarı”nı yeni aranjimanda təqdim etdi - VİDEO
09 Noyabr 2026
·
20:19
Serdar Ortaç Tarkana söz atdı: “Popun kralı mənəm”
09 Noyabr 2026
·
19:44
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - FOTO
09 Noyabr 2026
·
13:21
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hörmüzdə bir həftədə 25-dən çox tanker vurulub
Bu gün
·
17:52
Göyçayda 63 yaşlı müəllim vəfat etdi
Bu gün
·
17:36
Pezeşkian: Qeyri-müəyyənlik ölkəyə zərər vurur
Bu gün
·
17:23
“Neftçi” səfərdə qalib gələrək liderliyə yüksəldi
Bu gün
·
16:58
Bakıda hava meteohəssas üçün əlverişsiz olacaq
Bu gün
·
16:44
Bakıda bəzi ərazilərə giriş sürücülər üçün ödənişli ola bilər
Bu gün
·
16:20
SEPAH İranın hava məkanına daxil olan PUA-nı vurub
Bu gün
·
15:17
Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcək
Bu gün
·
14:06
Noyabrın 23-də Bakıda yağış yağacaq
Bu gün
·
13:10
Ferstappen Las-Veqas Qran-Prisinin qalibi oldu
Bu gün
·
13:08
İlham Əliyev Livan prezidentini təbrik etdi
Bu gün
·
12:59
“SpaceX”in yük kosmik gəmisi Yerə qayıtdı
Bu gün
·
12:11
Bu gün “Neftçi” və “Qarabağ”ın oyunları var
Bu gün
·
11:41
ABŞ-də demokratların lideri Pentaqon rəhbərinin impiçmentini istədi
Bu gün
·
11:17
Azərbaycan XİN Livanı təbrik etdi
Bu gün
·
10:19