Xocalı soyqırımına həsr edilmiş “Başdaşı əhvalatı” kitabı iki dilə tərcümə edilərək çap olunub

Xocalı soyqırımına həsr edilmiş “Başdaşı əhvalatı” kitabı iki dilə tərcümə edilərək çap olunub
16:23 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin “Xocalı soyqırımının 23-cü ildönümünə həsr etdiyi “Başdaşı əhvalatı” kitabı rus və ingilis dillərinə tərcümə olunaraq çap olunub.
AzərTAc xəbər verir ki, “Ön söz”ün müəllifi yazıçı-publisist Gülxani Pənah, redaktoru Aygün Sultanlı olan kitabda “Başdaşı əhvalatı”, “Zirzəmidə qazılan məzar”, “Körpə səsi, ana nəfəsi”, “Günahmı, savabmı?...”, “Təndir yarası” hekayələri yer alıb.
Rus və ingilisdilli oxuculara təqdim olunan bu kitablar XX əsrin ən dəhşətli faciəsi, ən böyük soyqırımı olan Xocalı hadisələri haqqında bir qələm adamının müşahidələrinin sözlə ifadəsidir.
Xalq yazıçısı Mirzə İbrahimov adına “Kitab Fondu”nun maliyyə dəstəyi ilə çıxan bu kitablar xalqımızın başına gətirilən müsibətlərin dünyada yayılması baxımından olduqca əhəmiyyətlidir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocali_soyqirimina_hesr_edilmis_Basdasi_ehvalati_kitabi_iki_dile_tercume_edilerek_chap_olunub-833671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR