Ermənistanda fəaliyyət göstərən ru.1in.am saytı yenidən AXCP sədri Əli Kərimlinin çıxışından sitat gətirərək manşet yazısı verib. Yazının başlığı belədir: "Milyard dollarlar israf etmiş ordu bu qədər itki verməməliydi - Azərbaycan müxalifəti".
Milli.Az musavat.com-a istinadən bildirir ki, xəbərdə deyilir ki, Azərbaycanın əsas müxalifət partiyası olan AXCP-nin lideri Əli Kərimli silahlanmaya on milyardlarla dollar pul sərf etmiş ordunun çox itki verməməli olduğunu deyib. Erməni saytı bu sözlərin "Azadlıq" qəzetində yazıldığını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl erməni saytları bir neçə dəfə Əli Kərimlinin Qarabağ cəbhəsində hərbi əməliyyatların şiddətlənməsi ilə əlaqədar sosial şəbəkədə yazdığı və peşəkar mediada dərc olunan fikirlərindən sitatlara yer vermişdi.
Milli.Az