"Azərbaycan futboluna uyğunlaşmaq üçün iki dəfə çox çalışıram. Bu da mənim çox xoşuma gəlir".
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Zirə"nin hücumçusu Nelson Bonilla deyib.
Azərbaycan Premyer Liqasının XXIX turunda "Rəvan"la (4:0) qarşılaşmada het-trik edərək qollarının sayını 13-ə çatdıran 26 yaşlı hücumçu ölkəsi Salvadorun radiolarından birinə açıqlama verib.
Çempionatımızın bombardiri "Zirə" ilə medal qazanmaq arzusunda olduğunu bildirib: "Yaxşı kollektivimiz var. Hazırda çempionatda 2-ci pillədə qərarlaşmışıq. Məqsədimiz mövsümü medalçılar sırasında bitirməkdi. Bunun üçün əlimdən gələni edəcəm. Baş məşqçimiz də mənə çox güvənir".
Salvador millisinin forvardı artıq təkliflər aldığını da gizlətməyib: "Doğrudur, təkliflər var. Bunu normal hesab edirəm. Amma rəsmi heç nə yoxdur. İndi bütün diqqətimi çempionatın qalan oyunlarına yönəltmişəm".
Milli.Az