“Beynəlxalq münasibətlər və diplomatiya” layihəsinin açılışı olub

“Beynəlxalq münasibətlər və diplomatiya” layihəsinin açılışı olub
16:58 20 Fevral 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 20-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində “Beynəlxalq münasibətlər və diplomatiya” layihəsinin açılışı olub.
Gənclər Birliyindən AzərTAc-a bildiriblər ki, layihə çərçivəsində “Beynəlxalq münaqişələr kontekstində tətbiq edilən nəzəriyyələr” mövzusunda keçirilən tədbirdə YAP GB ofisinin əlaqələndiricisi Əli Qənbərli gənclərə beynəlxalq münaqişələr, onların yaranma səbəbləri, xarakterik xüsusiyyətləri barədə məlumat verib. O, münaqişələr zamanı tətbiq edilən “Cücənin oyunu”, “Məhbus dilemması”, “Maral ovu”, “Kollektiv təhlükəsizlik” nəzəriyyələrindən danışaraq onların əhəmiyyətini vurğulayıb, həmin nəzəriyyələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tətbiqindən danışıb.
Sonra tədbir müzakirələrlə davam edib.
Layihə YAP GB-nin ofisində həftədə bir dəfə olmaqla üç ay davam edəcək.
Sonda layihə iştirakçılarına YAP Gənclər Birliyi tərəfindən diplomlar təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_munasibetler_ve_diplomatiya_layihesinin_achilisi_olub-833690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR