Ötən il Azərbaycanda 76 minə yaxın şəxs sürücülük vəsiqəsi alıb

Ötən il Azərbaycanda 76 minə yaxın şəxs sürücülük vəsiqəsi alıb
17:03 20 Fevral 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Ötən il Azərbaycanda 76 minə yaxın şəxs sürücülük vəsiqəsi alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AzərTAc-a bildiriblər ki, qurumun əməkdaşları tərəfindən 2014-cü il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb. Bundan başqa, 56 min 308 avtomobil ilkin qeydiyyata alınıb, 75 min 969 nəfərə ilkin sürücülük vəsiqəsi verilib.
Hesabat dövründə 91 svetofor obyekti quraşdırılıb, 19 min 536 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib. Həmçinin küçə və yollarda boya ilə 1 milyon 533 min 163 poqonmetr cizgiləmə işi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Azerbaycanda_76_mine_yaxin_sexs_suruculuk_vesiqesi_alib-833692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR