Küveyt əmirinin müşaviri: "Ölkəmiz Azərbaycan xalqının mənafelərini bütün səviyyələrdə müdafiə edəcək"

17:17 20 Fevral 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 17:15 ]


Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Küveyt əmirinin müşaviri, BMT Baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Mətuq Əl-Mətuqu qəbul edib.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam Küveyt dövlətinin əmiri IV Sabah bin Əhməd Əl Sabaha dərin ehtiramını və səmimi salamlarını çatdırmağı xahiş edib.

 

QMİ sədri Azərbaycan və Küveyt dövlətləri arasında bütün sahələrdə səmimi qardaşlıq münasibətlərinin mövcudluğunu məmnunluqla qeyd edib, dini-mənəvi sahədə əlaqələrin inkişafı yönündə birgə səyləri yüksək dəyərləndirib. A. Paşazadə Küveyt dövlətinin Azərbaycanın haqq işini hər zaman müdafiə etdiyini xüsusi vurğulayıb və bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib.

 

Qonağın BMT-də daşıdığı vəzifənin də önəmli olduğunu bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Küveyt dövlətlərinin beynəlxalq təşkilatlar müstəvisində hər zaman uğurlu əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

 

A. Əl-Mətuq isə bir çox beynəlxalq konfranslarda yaxından əməkdaşlıq edildiyini deyərək Küveytdə yaradılmış Motədillik mərkəzinin işində fəal iştirakına görə QMİ sədrinə təşəkkürünü bildirib. O, Şeyxülislamı əmin edib ki, Küveyt dövləti hər zaman haqqın, ədalətin yanında olacaq və təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün səviyyələrdə müdafiə edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR