FHN-nin qurumları arasında daşqaldırma üzrə çempionat keçirildi

FHN-nin qurumları arasında daşqaldırma üzrə çempionat keçirildi
17:24 20 Fevral 2015
493 İdman
Ölkə mətbuatı
A- A+

Fevral 19-20-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında nazirliyin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib. Lent.az-ın məlumatına görə, çempionat FHN-nin İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutub. Nazirliyin 18 qurumunu təmsil edən 100-ə yaxın nümayəndə 24 kq-lıq daşlarla öz gücünü 60, 65, 70, 80, 90 və 90 kq-dan yuxarı çəki dərəcəsində sınayıb. Hər təkan 24 kq-lıq daşlarla icra edilib və 2 xalla qiymətləndirilib. Əvvəlcə birdənqaldırma, sonra təkan çalışmaları yerinə yetirilib. Gərgin mübarizə şəraitində keçən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev hakimlik edib.


Komanda hesabında 1-ci yerə FHN-nin Mülkü müdafiə qoşunları (MMQ), 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), 3-cü yerə isə Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) layiq görülüb.


Şəxsi birincilikdə isə 60 kq-lıq çəkidə Orxan İsgəndərov (DYMX), 65 kq-lıq çəkidə Vüsal Orucov (DYMX), 70 kq-lıq çəkidə Xəzər Rüstəmov (MMQ), 80 kq-lıq çəkidə Mətləb Məmmədov (MMQ), 90 kq-lıq çəkidə Bəhruz Aslanov (Gəncə Regional Mərkəzi), 90 kq-dan yuxarı çəkidə Mail Əliyev (MMQ) çempionatın qalibi olub.


İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onları kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıb.









Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR