A–
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində könüllü qanvermə aksiyası keçirilib. Aksiyada nazirliyin 400-ə yaxın əməkdaşı iştirak edib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürülüb. Bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.
Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.
AZERTAG.AZ :Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 400-ə yaxın əməkdaşı qan verib


