[ 20 Fevral 2015 18:16 ]
Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) şənbə və bazar (21-22 fevral) günlərində bütün filialları adi iş rejimində müştərilərə xidmət göstərəcək.
Bu barədə “APA-Economics”ə bankın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən, bankın filiallarının şənbə və bazar günü işləməsi müştərilərinin bank xidmətlərinə artan tələbatlarının yüksək səviyyədə təmin edilməsi məqsədi daşıyır.