ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Azərbaycanda səfərdədir
Paylaş
58 baxış·1 dəq oxu
Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqun aprelin 14-15 Azərbaycana səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumatına görə, K.Toq Azərbaycanın hökumət rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq. O, həmçinin ABŞ Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək. Qeyd edək ki, bu, K.Tonqun Azərbaycana ilk səfəridir. Tonq bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır.