"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinə birbaşa bağlantı zamanı deyib.
Onun sözlərinə görə, vahid valyutanın tətbiqi hazırda böyük sual altındadır: "Bu mümkündür. Amma yalnız Birliyin üzvlərinin iqtisadiyyatının inkişaf səviyyəsinin bərabər olacağı zaman. Əsas Avropa İttifaqının səhvlərini təkrarlamamaqdır".