Bakı, 20 fevral, AzərTAc
Fevralın 19-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 69 cinayət faktından 39-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 35 nəfər tutulub.