Qarabağda "dördgünlük müharibə" zamanı və sonra Türkiyənin bir çox məşhur simalarından ölkəmizə dəstək mesajları gəldi. Kimisi şəhidlərimizə görə xalqımıza başsağlığı verdi, kimisi isə sevənlərini Qarabağın azad edilməsi ilə bağlı yaradılan petisiyaya səsverməyə çağırdı.
Lakin ötən gecə Türkiyənin "Tv8" telekanalında yayımlanan "O ses çocuklar" yarışmasında qarşılaşdığım mənzərə qardaş dəstəyindən çox, "bacı xəyanəti"nə bənzədi. Yarışın münsiflərindən olan Hadisə həmin gecə Azərbaycan xalqına əsl şok yaşatdı desəm yanılmaram.
Məşhur pop ifaçısı libasındakı erməni bayrağının rəngləri ilə "gözümüzə girməyə" çalışdı.

Mənim onun milli mənsubiyətini araşdırmaq fikrim yoxdur. Amma onun yaradıcılığını və şəxsi həyatını yaxından izləyənlər Hadisənin "erməni sevdası"ndan xəbərdardırlar. O, Türkiyədə müəyyən pilləyə yüksəldikdən sonra Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasına can atan tək-tük məşhurlardandır.
Türk qızının Kim HEYRANLIĞI

YAXIN KEÇMİŞ



Son illər Hadisənin ən çox qazanc əldə etdiyi ölkələrdən birinə çevrilən Azərbaycana qarşı bu "təxribat"ını bütün göstərdiyimiz faktlardan sonra gözləməyə dəyərdi. Amma hələ də içimizdə çoxları bunun bir təsadüf olduğu və yaxud həmin libasın ermənilərlə bağlılığının olmadığı qənaətindədir.
Erməni bayrağının rənglərinə bürünmüş "Hadisə"li libas Türkiyə mediasının GÜNDƏMİNDƏ
Bu məsələyə həssaslığımız qardaş ölkə mediasının da böyük diqqətinə səbəb oldu. Sanki, türk xalqı bu müğənninin "erməni sevdası"nı dilə gətirmək üçün bir məqam axtarırdı.
Haberler.com - HADİSENİN YARIŞMACISI AZERİ, KIYAFETİ ERMENİ

Haber7.com 
Haberlegazete.com

Tv.sozcu.com.tr

Ensonhaber.com

Yəqin ölkəmizin ən dəbdəbəli otellərinin daimi sakininə çevrilən Hadisənin bizə verdiyi bu "dərs"dən, azərbaycanlı iş adamları, heç olmasa, bu dəfə bir nəticə çıxaracaqlar. Ən azından buna ümid edirik...
Təhməz Təkin
Milli.Az