“Baku Fires” və “Puerto Riko Hurricanes” boks komandalarının heyəti açıqlanıb

22:18 20 Fevral 2015
54 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 21-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turunun görüşü keçiriləcək. “Baku Fires” klubu “Puerto Riko Hurricanes” komandasını qəbul edəcək.
AzərTAc xəbər verir ki, artıq komandaların heyəti müəyyənləşib. Belə ki, Elvin Məmişzadə (52 kq, “Baku Fires”) Xavyer Çintron Okasio (“Puerto Riko Hurricanes”), Albert Səlimov (60 kq) Angel Lopes, Pərviz Bağırov (69 kq) Flaz Niklaus, Soltan Migitinov (81 kq) Cozef Laboy, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) isə Enrike dos Santos Nasimento ilə qarşılaşacaq.
“Baku Fires”in heyətində ikinci döyüşünə çıxacaq P.Bağırov gənc Niklaus Flaz ilə üz-üzə gələcək. On doqquz yaşlı puerto rikolu boksçu beyəlxalq arenada elə də ciddi uğur qazanmayıb.
E.Məmişzadənin rəqibi olacaq X.Okasio cari mövsümdə iki qələbə qazanıb.
Puerto Riko komandası ötən turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzub. “Baku Fires” isə Mayamidə USA “Knockouts” komandasına 1:4 hesabı ilə məğlub olub.
Bu həftə “B” qrupunda “Caciquez Venezuela” səfərdə “İtalia Thunder”in qonağı olacaq. “Argentina Condors” səfərdə “Argentina Condors” ilə qarşılaşacaq. USA “Knockouts” isə doğma divarlar arasında “Rafako Hussars Poland”ı qəbul edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_ve_Puerto_Riko_Hurricanes_boks_komandalarinin_heyeti_achiqlanib-833846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR