Bakıda "Toyota Land Cruiser", "Toyota Prado" və "Nissan Maxima" toqquşdu, böyük tıxac yarandı
Paylaş
·250 baxış·1 dəq oxu
Bu gün axşam saatlarında Ayna Sultanova heykəlinin yanındakı körpünün üstündə “Toyota Land Cruiser”, “Toyota Prado” və “Nissan Maxima” minik avtomobilləri toqquşub.
Milli.Az aznews.az-a istinadən xəbər verir ki, qəzadan sonra həmin ərazidən “Xutor dairəsi”nədək yolda böyük tıxac yaranıb.
Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.