"Avropa İttifaqı atom problemi ilə bağlı razılaşmanın icrasına başlamaq məqsədilə bu il yanvarın 16-dan İrana qarşı sanksiyaların hamısını ləğv edib. Yalnız insan haqları ilə bağlı İslam Respublikasına tətbiq edilən sanksiya qüvvədədir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqının Tehranda nümayəndəliyinin açılması məsələsi də səfər çərçivəsində müzakirə olunub.
Avropalı qonaq İran parlamentinin sədri Əli Laricani, Milli Təhlükəsizlik Şurasının katibi Əli Çəmxani, İran Məsləhət Şurasını başçısı, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xarici siyasət üzrə müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti ilə də görüşüb.




