“Aida” operası üç ölkəni təmsil edən sənət ulduzlarının ifasında təqdim olunacaq

“Aida” operası üç ölkəni təmsil edən sənət ulduzlarının ifasında təqdim olunacaq
05:38 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc 
Fevralın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşada üç dövlətin – Ukrayna, Gürcüstan və Azərbaycanın vokal sənəti ulduzları iştirak edəcəklər.
Aida partiyasını Ukraynanın Əməkdar Artisti Viktoriya Çenskaya səsləndirəcəkdir. V.Çenskaya bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya, Fransa, Tailand və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olub.
Radames rolunda Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili çıxış edəcək. Amonasro partiyasını ifa etmək üçün isə Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin dəvət olunub.
Tamaşada əsas rollardan biri olan Amneris partiyasını isə Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyeva canlandıracaq. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri – xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova, Əkrəm Poladov və başqaları çıxış edəcəklər.
Tamaşanın dirijoru Z.Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri David Kintsuraşvilidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aida_operasi_uch_olkeni_temsil_eden_senet_ulduzlarinin_ifasinda_teqdim_olunacaq-833867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR