F.Qurbanov ilk dəfə təşkil olunan yarışın məqsədini ali və orta ixtisas təhsilli məktəblərinin tələbələri arasında futbolun kütləviyini artırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, kütləvi bədən tərbiyəsi və idmana olan münasibəti hərtərəfli formalaşadırmaqdan ibarət olduğunu deyib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da gənclərin inkişafından, onların idmana diqqətindən söz açdıqdan sonra yarış iştirakçılarına uğurlar arzulayıb.
Ardınca tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanan futzal üzrə milli komandanın üzvü Rizvan Fərzəliyevə hədiyyə təqdim olunub. Hədiyyəni F.Qurbanov və A.Məhərrəmov verib.
Tədbirin rəsmi hissəsindən sonra komandalar meydana çıxıb. Açılış oyunda topa ilk toxunan futbol üzrə milli komandanın və "Qarabağ" klubunun üzvü Rəşad Sadıqovla R.Fərzəliyev olub.


