“NarMobile” Azərbaycanda LTE şəbəkəsinin tətbiqi üzrə lisenziya alıb

“NarMobile” Azərbaycanda LTE şəbəkəsinin tətbiqi üzrə lisenziya alıb
09:33 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Nar Mobile” MMC-yə 4G xidmətlərinin göstərilməsi ilə bağlı lisenziya verib.
Şirkətdən AzərTAc-a bildirilib ki, artıq abunəçilər 4G xidmətlərindən yararlana bilərlər. 4G (4-cü nəsil) texnologiyası abunəçilərə 300 mbps qədər internet sürətindən istifadə etmək imkanı yaradacaq.
"Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknili bildirib ki, mobil operator abunəçilərinə 4G xidmətlərini göstərməyə tam hazırdır: “Biz artıq şəbəkəmizi qurmuşuq. Bakıda baza stansiyalarımızın sayı çoxdur, şəbəkəmiz kifayət qədər genişdir və 2015-ci ildə bu prosesi davam etdirəcəyik”.
Qeyd edək ki, "Nar Mobile "Azərbaycanda ilk dəfə olaraq 3G şəbəkəsini tətbiq etməklə yanaşı, AZAL təyyarələrində mobil rabitə xidmətlərini istifadəyə verib. Bu yaxınlarda isə şirkət “Nar Home” adlanan məhsulunu təqdim edib. “Nar Home” istehlakçının istifadə etdiyi müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NarMobile_Azerbaycanda_LTE_sebekesinin_tetbiqi_uzre_lisenziya_alib-833873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR