A–
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişiklik müzakirə edilib.
“2016-cı il ölkəmizdə əsaslı islahatlar ilidir”, - deyən əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sosial siğorta haqqında” Qanuna təklif olunan dəyişikliklərin bu məqsədə xidmət etdiyini söyləyib.
İclasda, həmçinin yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, turizm sahəsinin inkişafı üçün ölkədə mühüm addımlar atılır. Bu gün Azərbaycana daha çox turistin cəlb olunması üçün bütün zəruri imkanlar var. Ölkədə xeyli sayda otel, istirahət və mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu sahədəki böyük potensial qanunvericilik bazasının möhkəmləndirilməsini tələb edir.
Çıxışlarda layihədə əksini tapması üçün bəzi təkliflər səslənib. Bildirilib ki, layihə ilə bağlı müvafiq qurumlardan rəylər də alınıb. Bir sıra yeniliklərin də əksini tapdığı sənəd hazırlanarkən dünya təcrübəsi yaxından öyrənilib. Layihə yaxın zamanlarda komitədə geniş müzakirə olunacaq.
AZERTAG.AZ :Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib