A+
A

Naxçıvan, 19 aprel, AZƏRTAC
Bu ilin ilk rübündə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilib, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilib. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi də təmin edilib.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin birinci rübündə 4 avtobus vasitəsilə Bakıya 242 reys edilib, 7120 sərnişin daşınıb, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 8049 nəfər olub. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb, fevralın 20-də bu istiqamətdə ilk reys yola salınıb.
Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərə buraxılan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılıb, vaxtaşırı lazımi təmir işləri görülüb. Bu dövrdə 139 marşrut xətti üzrə fəaliyyətdə olan 305 avtobus və 488 taksi vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib. Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunub.
Rüb ərzində mütəmadi reydlər keçirilib, avtobusların təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların işinə müntəzəm nəzarət edilib.
AZERTAG.AZ :Naxçıvanda nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir
Naxçıvanda nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir
Naxçıvanda nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir
Naxçıvanda nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir