Bakı, 21 fevral, Z.Mansurova, AzərTAc
İnsanlığa qarşı törədilmiş qanlı cinayət olan Xocalı soyqırımının bütün dünyaya tanıdılması istiqamətində hamımız əlimizdən gələni etməliyik. Vəhşicəsinə öldürülmüş, qətlə yetirilmiş soydaşlarımızı yada salmaqla yanaşı, cinayətkarları dünyaya tanıtmaq, onların layiq olduqları cəzanı almaları üçün məqsədyönlü iş aparmalıyıq.
Bu fikirləri AzərTAc-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova söyləyib.
O, deyib: “Biz başımıza gətirilən faciələrdən dərs çıxarmalı, gələcəyimiz olan gənclərin uzaqgörən və intellektual səviyyələrinin güclü olmasına çalışmalıyıq. İnformasiya müharibəsində tələbələrimizə indivudual qaydada soydaşlarımızın başına açılan bu böyük vaciəni dünyaya çatdırmağı tövsiyyə etməliyik. Bu istiqamətdə görüləcək hər bir iş, atılacaq hər bir addım qəddarlıqla qətlə yetirilmiş söydaşlarımız qarşısında bizim vətəndaşlıq borcumuzdur.