Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir
13:53 21 Fevral 2015
347 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc 
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Ələt və Qızıldaş qəsəbələrində vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbir zamanı etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrindən istifadə edən 139, şəxsiyyət vəsiqəsi olmayan 4 nəfərin, habelə qoca, əlil və xəstə olan 7 vətəndaşın müvafiq sənədləri yaşadıqları ünvanlarda qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vetendaslarin_sexsiyyet_vesiqeleri_ile_temin_edilmesi_proses_davam_etdirilir-833922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR