Avropa Qrupu Yunanıstana daha 4 ay kömək etməyə razılıq verib

Avropa Qrupu Yunanıstana daha 4 ay kömək etməyə razılıq verib
14:08 21 Fevral 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Yunanıstan Afinaya maliyyə yardımının daha 4 ay uzadılması barədə Avropa Qrupu ilə razılığa gələ bilib.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, bununla yanaşı Yunanıstanla Avropa İttifaqı (Aİ) arasındakı razılaşmada sərt iqtisadiyyat barədə də söhbət getdiyi bildirilir. Avropa Qrupunun sədri Yerun Deysselblum qurumun Yunanıstanla bu ölkəyə maliyyə yardımının uzadılması barədə razılığa gəldiyini, bu müddət ərzində Yunanıstana Aİ-nin tənzimləyici fondunun vəsaitlərindən istifadə etməyə imkan veriləcəyini bildirib.
Tərəflərin mövqelərinin uzlaşdırılmasına əsasən avrozona və Beynəlxalq valyuta fondunun məmurlarının Almaniyanın maliyyə naziri Volfqanq Şoyble və onun yunanıstanlı həmkarı Yanis Varufakislə görüşündə nail olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Qrupu_Yunanistana_daha_4_ay_komek_etmeye_raziliq_verib-833927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR