Nazirlik: Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib

16:27 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 16:23 ]

Bakı-APA. İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin valyuta məzənnələrində dəyişikliklər edilməsi ilə bağlı qərarı ilə əlaqədar məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki,  İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

 

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR