Kiyev metropolitenində Xocalı soyqırımı haqqında plakatlar yerləşdirilib

Kiyev metropolitenində Xocalı soyqırımı haqqında plakatlar yerləşdirilib
18:53 21 Fevral 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 21 fevral, AzərTAc
“Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatı və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı Kiyev metropoliteninin bütün mərkəzi stansiyalarının yerüstü vestibüllərində Xocalı soyqırımı haqqında informasiya əks etdirən plakatlar yerləşdiriblər.
Bu barədə AzərTAc-a Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının vitse-prezidenti İskəndər Zamanov məlumat verib.
Metronun “Kreşşatik”, “Maydan Nezalejnosti” (“Müstəqillik meydanı”), “Teatralnaya”, “Lev Tolstoy meydanı” və digər stansiyalarında “Xocalıda azərbaycanlılara qarşı soyqırımın 23 illiyi” mövzusunda plakatlar yerləşdirilib.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kiyev_metropoliteninde_Xocali_soyqirimi_haqqinda_plakatlar_yerlesdirilib-833988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR