Gəncədə yol qəzası olub, bir nəfər yaralanıb.

"VAZ 2107" markalı avtomobil Pərviz Səmədov küçəsindən Təbriz küçəsinə dönərkən həmin küçə ilə hərəkətdə olan "VAZ 21015" markalı maşını vurub. Kəpəz TV (Region TV) xəbər verir ki, "VAZ 21015" isə qarşıdan gələn, Gəncə sakini, 35 yaşlı Mehman Cəfərovun idarə etdiyi "Azneft" İB-nin 6 saylı Nəqliyyat Departamentinin xidməti maşınına dəyib. Hadisə nəticəsində "VAZ 21015"in sürücüsü yaralanıb. Qəzaya səbəb olan "VAZ 2107" markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az