Müğənni Ayan Babakişiyeva “Ürəyinin kodunu açma” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Elçin İmanova məxsusdur.

Sənətçi bəstəni ilk dəfə “Həyat tərzi” verilişində səsləndirib.

Proqrama qonaq olan E.İmanov “Mən bunu Ayan üçün yazmışam. Həmişə deyirəm ki, Ayan hansı mahnını istəyirsən, barmağını qoy, sənə qurbandı. Hamı elə bilir ki, Ayan mənim qızımdır” deyə, bildirib.