Qahirə Universitetinin tələbələri Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçiriblər

Qahirə Universitetinin tələbələri Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçiriblər
19:13 21 Fevral 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 21 fevral, AzərTAc
Qahirə Universitetinin tələbələri Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş aksiya keçiriblər.
Misirli tələbələr 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi dəhşətli soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini anmaq üçün Qahirənin ən iri gəzinti yerlərindən biri sayılan “Əl Əzhar” parkına toplaşıblar. Əllərində yanar şamlar və üzərində “Xocalıya ədalət” sözləri yazılmış transparantlar tutmuş gənclər Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər.
Aksiya təşkilatçılarından biri, tələbə Mustafa Həmdi bildirib ki, bu, universitet tələbələrinin ilk belə aksiyası deyildir. Azərbaycanın Xocalı şəhərində törədilən, 613 dinc sakinin, o cümlədən uşaq, qadın və qocaların ölümünə səbəb olmuş hərbi aksiyanı pisləmək məqsədi ilə ötən il “Terrorizmə qarşı birlikdə” şüarı ilə velomarafon təşkil edilib.
Qeyd edək ki, Misirin bir sıra KİV-ləri bu aksiyanı işıqlandırıb. Aşağıdakı linklər vasitəsilə həmin materiallar ilə tanış ola bilərsiniz:
http://www.vetogate.com/1488664
http://www.3ageel.net/2015/02/20/%D8%A8%D8%A7%D9%84%D8%B5%D9%88%D8%B1-%D8%B7%D9%84%D8%A7%D8%A8-%D8%AC%D8%A7%D9%85%D8%B9%D8%A9-%D8%A7%D9%84%D9%82%D8%A7%D9%87%D8%B1%D8%A9-%D9%8A%D9%86%D8%B8%D9%85%D9%88%D9%86-%D9%88%D9%82%D9%81%D8%A9.html
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qahire_Universitetinin_telebeleri_Xocali_soyqiriminin_gunahsiz_qurbanlarinin_xatiresine_hesr_olunmus_aksiya_kechiribler-833996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR